Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti yeni krossover göstərdi

“Infiniti” şirkəti krossover “ESQ”-in xarici görünüşünün sirrini açdı. Avtomobil avqustun29-da Çində təqdim olunacaq və əvvəlcə ancaq Çin bazarında satılacaq. Əslində yeni krossover “Nissan Juke”-un çevrilmiş versiyasıdır.

“ESQ” “Nissan”-dan şəklidəyişmiş radiator barmaqlığı və 18 düymlük təkərlərlə fərqlənir. Qabaq bamper və optikada dəyişiklik olmayıb. Avtomobilin radiator barmaqlığında heç “Infiniti” isimliyi də olmayacaq – orada “ESQ” yazılı emblem olacaq.

Yapon markasına məxsusluq yalnız yük yerinin qapağında işarə olunacaq. Bundan başqa, “Nissan Juke”-dan fərqli cəhətlərdən biri daha bahalı interyer bəzəyi və yaxşılaşdırılmış komplektasiyalar olacaq. Banda xromlaşdırılmış bəzək meydana gəlib.

Krossoverin kapotunun altında mühəndislər 1,6 litrlik dördsilindrli turbo mühərrik quraşdıracaqlar. Mühərrikin gücü 200 a.g. təşkil edəcək. Güc qurğusu pilləsiz variator və tam ötürücü sistem ilə birgə işləyəcək. İlk “yüzə” avtomobil 8 saniyəyə sürətlənəcək.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti ESQ 29.08.2014

Şərhlər


AD