Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo yeni XC90 təqdim etdi

İsveçin “Volvo XC90” yolsuzluq avtomobilinin yeni nəsli meydana gəlib. Sentyabrın 3-dən onun sifarişlərinin onlayn qəbulu başlanacaq. Avtomobilin istehsalı gələn ilin yanvarından başlanır, satışlar isə aprel ayına planlaşdırılıb.

Əvvəlki modellə çox az oxşarlığı olan yeni dizayndan əlavə avtomobil yeni güc aqreqatları sırası və çox sayda müasir texnologiyalar əldə edib. “Volvo” şirkəti modelin rəsmi debütünü Moskva avtosalonunda keçirməkdən imtina etdi. Buna səbəb sərgi pavilyonlarında icarə haqqının bahalığı oldu.

Yolsuzluq avtomobilin əsası kimi onun çəkisini 150 kq azaltmağa, oxlara bölməni yaxşılaşdırmağa və daha rahat idarəetməni təmin etməyə imkan verən yeni SPA modul platforması götürüldü.

Şassinin istehsalında bortərkibli poladdan istifadə konstruksiyanın sərtliyini artırmağa imkan verdi. Qabaq alüminium asılqan və qarışıq materiallardan olan arxa təbəqə resorlar avtomobilin çəkisini azaltdı.

İkinci nəsil “Volvo XC90”-nın parlaq və müasir dizaynı axırıncı iki konsept “Volvo Concept Coupe”, “Concept Estate” və “XC Coupe”-nin üslubunda işlənib. Dizaynın müəllifi – əvvəllər “Volkswagen” konsernində işləmiş Tomas İngenlatdır.

Yolsuzluq avtomobili kifayət qədər idman üslubunda, hətta futuristik görünür. Bunda ona xüsusi ban zolaqları və diodlu LED-optika kömək edir. Xrom çoxluğu eksteryerə eleqantlıq əlavə edir, maksimal 22-düymlük disklər isə onun xarakterini nəzərə çarpdırır.

Drive-E sırasının yeni dördsilindrli dizel və benzin mühərrikləri bu model üçün  kifayət gücə malikdir və onu aşağı СО2 tullantıları və az yanacaq sərfi ilə təmin edir. Turbodizel D4 190 a.g. və 400 Nm, tvin turbo dizel mühərriki D5 225 a.g. və 470 Nm fırlanma anı təşkil edir.

Birincinin yanacaq sərfi 100 km-ə 5 litr, ikincinin isə 100 km-ə  6 litr təşkil edəcək. Turbolaşdırılmış “T5 və T6” benzin mühərrikləri müvafiq olaraq, 254 a.g. (350 Nm) və 320 a.g. (400 Nm) güc verir.

Top variantı turbina və kompressorla təchiz olunmuş 2,0 litrlik T8 benzin mühərriki və arxa təkərləri 80 a.g. verən elektrik mühərriki ilə təchiz olunmuş 400 a.g. verən hibrid qurğuya malik olacaq. Təkcə elektrik mühərriki ilə avtomobil maksimum 40 km gedə biləcək.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC90 29.08.2014

Şərhlər


AD