Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar Porsche Macan-ı tamamladı

Gələn həftə beynəlxalq Moskva avtosalonu çərçivəsində “TopCar” Rusiya tüninq atelyesi rəsmən krossover “Porsche Macan”-nın tamamlanma proqramını təqdim edəcək.

İdman yolsizluq avtomobili yeni bodi-kit, böyük təkərlər və interyerin möhtəşəm tərtibatını əldə edəcək. Model “Ursa” adını aldı.

Kosmetik yeniliklərdən başqa tamamlanmış avtomobil zavod versiyasından üstün olan bir sıra texniki modernləşdirilmələrə malikdir.

Rənglənməmiş karbon hissələri olan yenidən işlənmiş qabaq bamper, geniş təkər yarımhalqaları, yan ətəklər və karbon lifindən olan moldinqlər, damın axırında beşinci qapının əyriliyində yerləşən arxa bamperdə diffuzor və iki spoyler bu avtomobili unikal edir.

Boz altımilli disklər, aşağı klirens, əyləc sisteminin qırmızı supportları, qazçıxma sisteminin dörd qara borusu və qabaq qanadlardakı karbon qoymalar alman krossoverinin idman xarakterini nəzərə çarpdırır.

“Porsche Macan”-nın salonu yüksək keyfiyyətli bənövşəyi çalarlı dəri ilə tikilib və sükan dairəsində, torpedada və qapı panellərində müəyyən olunan karbon plankalarla bəzənib.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan, TopCar 27.08.2014

Şərhlər


AD