Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vossen Wheels disklərində Nissan GT-R

“Vossen Wheels” şirkətinin istehsalı olan eksklüziv təkər diskləri növbəti dəfə daha da eksklüziv avtomobil – Rocket Bunny asmasında yapon kupesi “Nissan GT-R”-i bəzədi.

Parlaq-qırmızı kupe texniki yeniliklərdən başqa texniki tamamlanma proseduru da keçdi ki, bu da onun hərəkət xüsusiyyətlərini yaxşılaşdırdı. Nəticədə tünerlər seriya modelindən hamıya tanış olan asiya tüninq üslubunda bütün parametrlərlə unikal idman avtomobili əldə etdilər.

İkiqapılı superkar aşağısında enli önlük olan yenidən tərtib olunmuş qabaq bamper, təkər yarımhalqalarının genişləndiriciləri, arxa hissədə böyük palçıqqoruyucu və arxa bamperə quraşdırılmış böyük diffuzorla təmin olunub.

Aşağıprofilli Toyo şinlərinə “bürünmüş”, əyilmiş 10-milli Vossen VFS-1 diskləri, maksimal dərəcədə aşağı salınmış asılqan, dördborulu titan GReddy qazçıxma sistemi və qabaq bamperdə başqa formalı diodlu hərəkət işıqları bu avtomobili zavod variantından fərqləndirir.

Nəhayət, çox tonlaşdırılmış şüşələr, kontrast qara detallar, yanlarda qara yazılar və əyləc sisteminin qızılı supportları avtomobili daha da nəzərə çarpan və individual etdi.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R, Vossen Wheels 27.08.2014

Şərhlər


AD