Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner yüngül tüninqində BMW X5M

“BMW” markalı idman yolsuzluq avtomobillərinin bəzi pərəstişkarlarının yeni “X5M”-in buraxılışını gözlədikləri halda, keçmiş nəsil avtomobil sahibləri avtomobillərini bütün mümkün vasitələrlə yaxşılaşdırmağa çalışırlar.

Belə üsullardan biri Bavariya avtozavodunun istənilən modellərinin köklənməsi ilə məşğul olan məşhur “Vorsteiner” tüninq-atelyesinin Amerika bölməsinin fotosetində nümayiş etdirirlib.

Şəkildə təqdim olunan krossover yeni ban asması və ideal şəkildə seçilmiş disklərlə yenilənib ki, bu da onun cazibədarlığını daha bir neçə illik uzadıb. Arasında qabaq bamperin karbon splitteri və arxa bamperin karbon diffuzoru olan banın aerodinamik asmasının yeni hissələri avtomobilin aqressivliyini artırdı.

Aşağı profilli enli rezini olan 21 düymlük qara tutqun disklər tund aksentlərə (radiator barmaqlığı, damdakı reylinqlər və yan şüşələrin çərçivələri) kompaniya təşkil edir.

Parlaq ağ “Alpine White” rəngdə olan banın fonunda, həmçinin qırmızı əyləc supportları, qabaq bamperdəki tündləşdirilmiş reflektorlar və tonlaşdırılmış şüşələr nəzərə çarpır. Bu layihənin son ştrixi səs müşayətini yaxşılaşdıran və 4,4 litrlik tvin-turbo “səkkizliyi” ilə təchiz olunmuş idman qazçıxma sistemi oldu.

AUTO.AZ



teqlər:
BMW, BMW X5, Vorsteiner 27.08.2014

Şərhlər


AD