Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“PAŞA Həyat” bədbəxt hadisə nəticəsində ölən şəxsin ailəsinə iri həcmli sığorta ödənişi verib

“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, “PAŞA Həyat”da sığortalanmış işçi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Baş vermiş bədbəxt hadisəyə görə, zərəçəkmişin ailəsinə 35,252 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

“PAŞA Holding” Şirkətlər Qrupunun  üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif edir.

Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan

Tel:     (+99412) 567 32 36
Faks:  (+99412) 567 32 39
Mob:    (+99455) 252 41 10

E-mail:  office@pasha-life.az
www.pasha-life.az



26.08.2014

Şərhlər


AD