Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“Hyundai” avtomobil şirkəti “Təmiz Şəhər” ASC ilə kağızların təkrar emalı istiqamətində əməkdaşlığa başladı

“Hyundai” ofis və salonlarında istifadə olunmuş kağızları təkrar istehsala yönəltmək üçün “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verəcək. Koreya avtomobil brendinin Azərbaycan təmsilçiliyi “Təmiz Şəhər” ASC ilə birlikdə “Yaşıl ofis” adlı ekoloji aksiyaya başlayıb.

Aksiyanın məqsədi şirkətdə kağız istifadəsini azaltmaq, əməkdaşları vərəqlərdən faydalı istifadəyə təşviq etmək və yenidən istifadəyə yararlı hala salmaqdır.

“Hyundai” “Yaşıl ofis” aksiyası ilə işçilərinin kağızdan istifadəsini azaldır və onların ətraf mühitə diqqətli olmasını təşviq edir. Şirkət əməkdaşlarını kağızdan istifadəni minimuma endirməyə və vərəqlərin hər iki üzündən istifadə etməyə çağırır. İstifadə olunmuş lazımsız vərəqlər isə ofisdə qoyulmuş xüsusi qutulara yığılaraq hər ay “Təmiz Şəhər” ASC-ə təhvil veriləcək. Öz növbəsində, “Təmiz Şəhər” ASC isə topladığı vərəqləri özünə aid zavodda ayırır, emala hazırlayır və təkrar istifadə üçün emal müəssisələrinə göndərir.

“Hyundai”-ın Azərbaycandakı təmsilçisi “Auto Azərbaycan” şirkətinin marketinq meneceri Rauf Cahangirov müştərilərinin də aksiya barədə məlumatlandırılacağını bildirib: “Avtomobil satışı zamanı aparılan sənədləşdirmə prosesində“Yaşıl ofis” qaydalarına əməl edəcəyimiz üçün müştərilərimiz də bilavasitə bu aksiyada iştirak etmiş olacaqlar”.

“Hyundai” şirkəti ətraf mühitin mühafizəsini brendin əsas prioritetlərindən biri sayır. Son illərdə buraxdığı bütün modellərində karbon emissiyasını azaldan Hyundai dünyada ilk hidrogen mühərrikli avtomobil istehsalçısıdır.

Qeyd edək ki, "Təmiz şəhər" layihəsinə qoşulmaq “Hyundai»-ın "Gələcəyimiz üçün əl-ələ" sosial məsuliyyət layihəsinin bir hissəsidir. 2009-cu ildən Azərbaycanda hər il mütəmadi olaraq həyata keçirilən "Gələcəyimiz üçün əl-ələ" müxtəlif aktual problemlərə yönəlir. Bu il layihə çərçivəsində həmçinin internat məzunlarına dəstək məqsədilə "Sən də varsan!" çağırışlı proyekt həyata keçirilib və  6 nəfər internat məzunu «Hyundai»-ın Azərbaycandakı rəsmi distribüteri «Auto Azərbaycan» şirkətində işə götürülüb.

Auto Azərbaycan



teqlər:
Hyundai 26.08.2014

Şərhlər


AD