Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 335i trek günləri üçün hazırladılar

Çox az adam trek günlərində sürücünü ideal hamar yol örtüyü ilə yalnız avtomobilin gurultulu mühərrikinin ayırdığı yarış treki ilə getmək zövqünü qiymətləndirməyə bilər.

Belə təsvir edilməyən hisslərdən zövq almaq üçün bəzi entuziastlar öz mülki avtomobillərini modernləşdirib onlarla trassa çıxırlar. Belə avtomobillərdən biri bütünlükdə yarış trasslarına səmtləşdirilmiş E90 banında sedan “BMW 335i”-dır.

Kompakt alman sedanını kupe “BMW M3 E92”-dən alınmış yenidən işlənmiş bamperlər, yan ətəklər, yük yerinin qapağında böyük palçıqqoruyucu və М3-dən arxa görünüş güzgüləri ilə təchiz etdilər.

Hamarlanmış təkər yarımhalqalarına enli şinləri olan yüngül lehimli altımilli Volk Racing diskləri yerləşdiriblər. Ban boz “Porsche GT3 RS Gray” rənginə, bütün xromlaşdırılmış dekor elementləri isə qara rəngə boyanıb.

Daxildə “BMW Performance” paketindən aksesuarlar quraşdırılıb və burada boruşəkilli təhlükəsizlik karkası, idman üslubunda alkanat oturacaqlar, idman sükanı və karbon dekor elementləri meydana gəlib.

Texniki tamamlamalar arasında daha sərt aşağı salınmış asılqan, gücləndirilmiş əyləclər və dördborulu qazçıxma əldə etmiş gücləndirilmiş 3,0 litrlik mühərrik görmək olar.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series 23.08.2014

Şərhlər


AD