Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner-dən Lamborghini Aventador

Son aylar ərzində “Vorsteiner”-in Kaliforniya bölməsi unikal layihə “Aventador-V Zaragoza” üzərində işləyir. Nəhayət işlərin sona çatmasından sonra bu uzun və əziyyətli işin nəticəsini göstərən fotoset keçirildi.

Avtomobilə banın aqressiv aerodinamik asması və eksklüziv təkər dəsti çatdı. İtaliya kupesinin tamamlanmasında final ştrix avtomobilin seriya modelinə individuallıq verən ikirəngli eksteryer bəzəyi oldu.

Tünerlərin dediyinəgörə, enli önlüklə təchiz olunmuş qabaq bamper superkarın fəxridir. Yeni qurğu standart detaldan 25 mm enli və alçaq olduğu üçün daha böyük görünür, splitter isə 200 mm uzanıb.

Bundan başqa, yan ətəklər, arxa bamperin diffuzoru və aktiv spoyler quraşdırılıb. “LamborghiniAventador LP 700-4”-ün eksklüsivliyini xarici karbon aksesuarlar paketi, qara dam və dayaqlar əlavə olunmuş parlaq narıncı ban, kapotda isə ikiqara zolaq və tündləşdirilmiş optika nəzərə çarpdırır.

Böyük təkər yarımhalqalarına qara tutqun rəngə boyanmış TechnicaMultipiece VTM-350 lehimli diskləri yerləşdirdilər. Qabaq 20 düymlük diskləri Pirelli P Zero şinlərinə, 21 düymlük arxa diskləri isə 355/25 şinlərinə “qablaşdırıblar”.

AUTO.AZ



Şərhlər


AD