Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Superkar Ferrari-nin virtual konseptkarı

Qərb mənbələri “LaFerrari”-nin fantastik görünüşlü varisi əbəs yerə “kosmik obyekt” adlandırmırlar. Təəssüf ki, Maranello şirkətinin konseptual “Ferrari F80” ilə heç bir əlaqəsi yoxdur.

Kompyuter modelini müstəqil dizayner Adriano Raeli hazırlayıb. “NGAD” layihəsindən ilham alaraq, o öz əsərini ictimai yollara çıxışı olan F1 bolidi adlandırır.

Bu avtomobili ehtiyatla idarə etmək lazımdır: istehsalçı onun mühərrikini 900 a.g.-ə çatdırmaq niyyətindədir. O, ikiqat turboyükləyicili V8 olacaq və ona əlavə 300 a.g. verəcək KERS sistemi də kömək edəcək.

Bu, 800 kq çəki ilə mümkün olacaq! Ehtimal edilir ki, 100 km/saata avtomobil 2 saniyəyə sürətlənəcək, maksimal sürət isə 500 km/saatdır! Salondakı oturacaqlar 2 cür quraşdırılıb.

Bu avtomobil ilə bir çox dahilər maraqlanacaq.  Təəssüf ki, “Ferrari” hələlik istehsala reaksiya verməyib.

Bu, 70-illik yubiley üçün əla hədiyyə ola bilərdi.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari F80 21.08.2014

Şərhlər


AD