Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mulgari-dən BMW 6-Series Gran Coupe

“BMW 6-Series Gran Coupe”-nin satışdan sonra tənzimlənməsi üçün çoxlu sayda müxtəlif paketlərin olmasına baxmayaraq, ingilis şirkəti “Mulgari” möhtəşəm 4-qapılı kupe üçün öz tüninq versiyasını təqdim etdi.

Eksteryerdə yeni ban detalları və böyük ölçülü təkərlər quraşdırılıb. Avtomobil, həmçinin texniki cəhətdən də yenilənib, mühərriki gücləndirilib və dizel ilə işləyən idman sedanının idarəçiliyi təkmilləşdirilib.

Şəkildə təqdim edilmiş 3-litrlik 6-silindrli biturbo dizel mühərrikinə malik olan “640d” modifikasiyası çip-tüninq nəticəsində məhsuldarlığını 55 a.g. artıraraq 368 a.g.-ə və 121 Nm artıraraq 751 Nm-ə çatıb.

Bu, rahat 4-yerli avtomobilə ilk yüzlüyə 5 saniyəyə çatmağa imkan verib. Maksimal sürət isə 250 km/saatdır. “BMW 6-Series Gran Coupe SV”-nin eksteryerində qabaq bamperin aşağı hissəsində splitteri, arxa bamperdə diffuzoru və spoyleri olan yeni karbon bodi-kit görürük.

Tündləşdirilmiş qabaq fənərlər, qara radiator barmaqlığı, arxa sütunlarda “Mulgari” emblemi, tündləşdirilmiş şüşələr və qara yan şüşələr ağ bana təzad yaradır. Qabaq qanadlarda qara əlavələr və duman əleyhinə fənərlərin əlavələri avtomobilin salonundakı qara dekorativ cizgiləri davam etdirir.

Avtomobilin əsas bəzəyi 22-düymlük gümüşü “Vossen” diskləri olub və onların milləri arasından sarı əyləc supportları görünür. 4-qapılı “altılığın” daha da idmansayağı görünməsi üçün onu qısa “H&R” yayları ilə təchiz ediblər.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, Mulgari 21.08.2014

Şərhlər


AD