Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren P1 trek versiyası əldə etdi

“McLaren” şirkəti Pebbl-Biç sərgisində öz flaqman superkarının trek modifikasiyasının prototipini nümayiş etdirdi. GTR indeksindən başqa hibrid superkar 1000 a.g. verən mühərrik, tamamlanmış aerodinamika və nüfuzlu qiymət cədvəli əldə etdi.

“McLaren” yeni konsepti ilə yenə də öz niyyətini təsdiqləyir: “P1 GTR”-in dünyada ən yaxşı seriyalı trek superkarı olacağı barədə rəsmən məlumat verilib. Optimallaşdırılmış 3,8 litrlik turbo mühərrikin hesabına yenilik həm də ən güclü “MakLaren” oldu.

Mühərriki yeni qazçıxma sistemi və bir sıra başqa yeniliklərlə təchiz etdilər. Bunun sayəsində superhibridin trek modifikasiyasının gücü 84 a.g. artdı. “McLaren p1 GTR” trek standartlarından optimallaşdırılmış ban aerodinamikası ilə də fərqlənir.

Məsələn, aktiv aerodinamik elementlər, splitter tamamlanıb, qabaq hissə dəyişib və istənilən müqaviməti azaltmaq üçün hidravlik sistemi olan yeni palçıqqoruyucu quraşdırılıb. “McLaren” mühəndisləri arxa görünüş güzgülərinin yerləşməsinə də fikir veriblər. Superkarın trek versiyasında onlar banın qabaq dayaqlarındadır.

Bunun bolidin aerodinamikasını yaxşılaşdırdığı iddia edilir. Bundan başqa, “P1 GTR” yeni mərkəzi qaykalı 19 düymlük təkər diskləri ilə də təchiz olunur. Superkar onun üçün xüsusi hazırlanmış Pirelli şinləri “geyinib”.

Əvvəlcədən bildirilmişdi ki, Britaniyalılar superkarın trek versiyasını yalnız 375 mülki “McLaren P1” öz sahiblərini tapandan sonra satacaqlar. Yarış trasslarında istifadə olunmaq üçün nəzərdə tutulmuş yeniliyə yalnız “P1” əldə edənlər sahiblənə bilər. İlkin məlumata görə onun qiyməti ən azı 3 350 000 dollar olacaq.

AUTO.AZ



teqlər:
McLaren, McLaren P1 21.08.2014

Şərhlər


AD