Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Mercedes C-Class-ı tamamladı

Alman tüninq-bürosu “Brabus” sonuncu nəsil “Mercedes C-Class” üçün yeni tamamlanma paketi hazırladı. Sedan banında avtomobilin misalında tünerlər hal-hazırda əlvrişli olan tüninq dəstinin komponentlərini nümayiş etdirdilər: yeni ban asması, dəbli təkər diskləri və güc qurğusunun apqreydi.

Bütün bunlar “Avantgarde” komplektasiyalı və “Exclusive Package” paketli avtomobil də daxil olmaqla, yeni “С-кlassın” istənilən versiyasına quraşdırıla bilər.

Individuallıq və idman üslubu əlavə etmək üçün kiçik sedanı qabaq bamperin splitteri, hava çıxışlarının dekorativ qoymaları, yük yerinin qapağının spoyleri və arxa bamperin dördqabırğalı diffuzoru ilə təchiz ediblər.

Bundan başqa, tamamlanmış avtomobilin xaricində Brabus emblemli radiator barmaqlığı, alman tünerinin isimlikləri və qazçıxma sisteminin dörd xromlaşdırılmış boru ucluqlarını görmək olar.

“Mercedes-Benz C-Class W205”-in daha da idman üslubunda görünməsi üçün alman tüninq mütəxəssisləri yol işığı zolağının hündürlüyünü azaldıb, zavod təkərlərini bir neçə variantda əlverişli olan və maksimal ölçülü 20 düymlük öz diskləri ilə əvəz edəcəklər.

Almanlar C200 versiyalı 2,0 litrlik benzin turbomühərrikinin faydalı iş əmsalını qaldırıblar və indi BlueTEC dizel modifikasiyası üçün PowerXtra D3 çip-boksu üzərində işləyirlər.

Benzin mühərrikinə 41 a.g. və 30 Nm maksimal fırlanma anı əlavə etdilər ki, bu da onun faydalı iş əmsalını 225 a.g. və 330 Nm-dək qaldırdı. Avtomobil 100 km/saata 7,0 saniyəyə sürətlənə bilir.

Onun maksimal sürəti isə 242 km/saata bərabərdir (avtomatik transmissiyalı zavod modeli 100 km/saata sürətlənməyə 7,3 saniyə sərf edir. Maksimal sürət 235 km/saatdır).

2,1 litrlik dizelin 220 a.g. və 450 Nm fırlanma anı verəcəyi gözlənilir (+ 50 a.g. və 50 Nm). Belə olduqda sürətlənmə vaxtı 7,8-dən 7,1 saniyəyədək azalır. Maksimal sürət isə 233-dən 240 km/saatadək artacaq.

AUTO.AZ



Şərhlər


AD