Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW zirehli X5 təqdim etdi

Beynəlxalq Moskva avtosalonunda “BMW” şirkəti VR6 ballistik mühafizə sinfinə malik zirehli krossover “X5 Security Plus”-u təqdim edəcək. Dünyanın ən təhlükəsiz yolsuzluq avtomobillərindən biri çəkisinin xeyli artmasına baxmayaraq, adi seriya avtomobili kimi rahat qalıb və asan idarə olunur.

Sərnişinləri zirehdən başqa fövqəladə vəziyyətin öhdəsindən asanlıqla gələn müxtəlif müasir texnologiyalar təhlükədən qoruyacaq. Zirehli yolsuzluq avtomobili gülləkeçirməyən şüşə, zirehli təbəqələr və hətta təhlükəsiz birləşdirici bəndlər, calaqlar və ban panellərinin başqa birləşdiricilərini əldə etdi.

Avtomobilin radiator barmaqlığının altında diodlu parlayan kiçik mayaklar quraşdırılıb, xüsusi təkərlər isə hərəkəti deşildikdən sonra da davam etməyə imkan verəcək.

“BMW X5 Security Plus” maksimal gücü 450 a.g., fırlanma anı isə 650 Nm olan 4,4 litrlik benzin mühərriki ilə təchiz olunub. Adi “X5 xDrive50i” belə mühərriklə 100km/saata 4,9 saniyəyə sürət yığır. Maksimum sürət 250 km/saatdır.

AUTO.AZ



teqlər:
BMW, BMW X5 20.08.2014

Şərhlər


AD