Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Skoda Fabia: rəsmi şəkillər

“Skoda” şirkəti yeni nəsil kompakt “Fabia”-nın rəsmi şəkilləri ilə bölüşdü. Yeniliyin rəsmi təqdimat mərasimi bu ilin oktyabrında Paris avtosalonunda keçiriləcək. Şəkillərdən göründüyü kimi, “Skoda Fabia” çex markasının konsept “VisionC” tərəfindən verilən yeni üslubu ilə əlaqədar yenilənib.

Hərəkət işıqlarının diodlu zolağı olan yeni baş işığı fənərləri, başqa radiator barmaqlığı, başqa bamperlər, həmçinin arxa fənərləri qeyd etmək lazımdır. “Skoda Fabia”-nın uzunluğu demək olar ki, dəyişilməyib (3,99 m), eninə isə avtomobil 3 sm böyüyüb (1,96 m). Bundan başqa, avtomobil 31 mm alçaq olub. Bununla belə yaradıcılar yük yerinin həcmini 30 litr artırdılar və indi o 330 litr oldu.

Yeni “Skoda Fabia”-nın interyerinin təsvirləri açıqlanmır, lakin artıq məlumdur ki, avtomobil daha böyük liftbek “Rapid”-in üslubunda hazırlanacaq. Belə ki, avtomobil  daha böyük yan dayağı olan oturacaqlar, başqa bəzək materialları və müxtəlif yararlı şeylər əldə edəcək.

Yeni “Skoda Fabia”-nın kapotunun altında 60-dan 110-dək a.g. verən 1,0 və 1,2 litrlik üç və dördsilindrli benzin mühərrikləri yerləşəcək. Bundan başqa, 75-dən 105-dək a.g. verən üçsilindrli turbodizel də əlverişli olacaq. Transmissiyalar – 5 pilləli “mexanika” və 7 pilləli robot DSG-dir.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Fabia 20.08.2014

Şərhlər


AD