Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Supreme Power tüninqində yeni BMW M3

“BMW M3”-ün keçmiş nəsli ilə modelin idman üslubunun arxada qalması barədə olan diskussiyalara baxmayaraq, F80 banında hazırki nəsil daha da dəbli və möhtəşəm görünür və satışdan sonrakı yüngül tamamlanmaya çox gözəl uyğunlaşır.

Belə tamamlanmanın mümkün misallarından birini Amerika tüninq-atelyesi “Supreme Power” etdi. Avtomobilin tüninqi üçün yalnız yeni təkər dəsti və kosmetik yeniliklər lazım oldu.

“Yüklənmiş” D-klass sedanın parlaq-ağ rəngi qara dam, qabaq qanadlarda analoji döndərici və tamamilə qara radiator barmaqlığına malikdir. Bundan başqa, yan pəncərələrin qara çərçivələrini və banın rəngində IND yan reflektorlarını görürük.

Zavod təkərlərinin yerinə təkər yarımhalqalarını boz rəngə boyanmış və aşağı profilli şinlərə “bürünmüş” 20 düymlük çoxmilli HRE RS103 diskləri ilə doldurdular.

“BMW M3 (F80)”-ın əsas bəzəyi düzgün “qamət” hesabına avtomobilin xarakterini daha dəqiq göstərən və həmçinin onun idarəetməsini yaxşılaşdıran asılqanın qısa yaylarıdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Supreme Power 19.08.2014

Şərhlər


AD