Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner McLaren MP4-VX-i tamamladı

Avropa və Amerikada çox məşhur olan “Vorsteiner” tüninq-atelyesi MP4-VX aerodinamik asması olan növbəti tamamlanmış superkar “Vorsteiner”-i təqdim etdi.

Avtomobilin banının boz rəngi xüsusi texnologiyalarla karbon lifindən hazırlanmış aerodinamik asmanın hissələri ilə tamamlanıb. Bundan başqa, idman kupesinin şəkilini tamamlayan müxtəlif dekorativ aksesuarlar da əlavə olunub.

“Vorsteiner MP4-VX” bodi-kiti Britaniya superkarına qabaq əyləc mexanizmlərinin təmizlənməsi üçün böyük ventilyasiya dəlikləri olan yeni qabaq bamper, ensiz yan ətəklər, şəklidəyişmiş arxa bamperin diffuzorunu və yeni spoyler gətirdi.

Spoylerin salondan tənzimlənən enmə bucağı banın aerodinamikasını yaxşılaşdırmağa və hava əyləci rolunu oynayaraq avtomobili saxlamağa imkan verir.

“McLaren MP4-12C” həmçinin arxa qanadların hava çıxışlarında karbon pərlərə, mühərrik bölməsinin damındakı dəliklərin karbon bəndlərinə və eyni materialdan hazırlanmış dekorativ mühərrik qapağına malikdir.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Vorsteiner 19.08.2014

Şərhlər


AD