Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai-dırsa, problem yoxdur!

Dünyanın nüfuzlu araşdırma qurumu olan J.D. Power builki İlkin Keyfiyyət Dəyərləndirməsi hesabatını açıqlayıb. Araşdırmada yeni avtomobil aldıqdan sonra 90 gün ərzində maşın sahiblərinin qarşılaşdıqları problem dəyərləndirilib. Porsche, Jaguar və Lexus-dan sonra ən az problem çıxaran marka Hyundai seçilib.

Problemlər hər 100 modelə neçə problem düşməsi kimi qiymətləndirilib. 74 balla ilk yeri Porsche, 94 balla ilə 4-cü yeri Hyundai tutub.

J.D. Power-in modellərlə bağlı araşdırmalarında da bu il Hyundai tarixində ilk dəfə olaraq, ən çox mükafat alıb. Genesis, Elantra və Accent Blue keyfiyyət dəyərləndirməsində seqmentlərində birincilik qazanıb. Elantra Toyota Corola və Honda Civic-dən, Genesis BMW 6, Lexus GS, Mercedes-Benz CLS-dən, Accent isə Kia Rio və Mazda 2-dən önə çıxıb.

Bundan əlavə, Santa Fe və Sonata ikinci, Equus isə seqmentində üçüncü yeri tutub, müxtəlif kateqoriyalarda prestijli mükafat qazanıb. Qeyd edək ki, Hyundai Toyotanı ortaölçülü avtomobil seqmentində də önləyərək, Sonata-nın Camry-dən daha keyfiyyətli olduğunu nümayiş etdirib.

J.D. Power avtomobillərin keyfiyyətini, dözümlülüyünü və qiymət indekslərini müştəri təcrübələrinə görə dəyərləndirir. Initial Quality Study (IQS) araşdırmasında cəmii 233 müxtəlif sual soruşularaq, avtomobil sahiblərinin üzləşdikləri problemlər və avtomobil sürərkən meydana çıxan narahatlıqlar öyrənilir.

Bu il 28-ci dəfə keçirilən J.D. Power builki İlkin Keyfiyyət Dəyərləndirməsi sorğusunda 86 118 yeni avtomobil sahibi iştirak edib.

Auto Azərbaycan



teqlər:
Hyundai 19.08.2014

Şərhlər


AD