Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann-dan Range Rover Autobiography Mystere

Məşhur alman tüninq-atelyesi “Hamann” lüks yolsuzluq avtomobili “Range Rover 5.0 V8 SC Autobiography”-ın rəsmlərini təqdim edib. O, satışdan sonra tamamlanma üçün “Mystere” dəsti alıb.

Avtomobilin ən yaxşı versiyasına tünerlər idmançılıq və aqressivlik qatıblar. Bəzi texniki yeniliklər praktiki olaraq ideal olan avtomobili daha da yaxşılaşdırıblar. Avtomobilin daxili yeniliyə ehtiyacı yoxdur, lakin ona bir neçə xırda detallar mane olmazdı.

Böyük bodi-kit təkcə banın qabaritlərini deyil, həm də onun dizaynını dəyişib. Qabaq hissədə ikimərhələli splitteri və diodlu işıqları olan fərqli bamper, yeni radiator barmaqlığı, havaçıxıntılı kapot quraşdırılıb.

Kənarlarda təkər arkalarının genişləndiriciləri, kandar və qapı əlavələri quraşdırılıb. Arxa hissədə dəyişilmiş bamper peyda olub ki, onun kənarlarında dördkünclü qara qaz buraxma sistemi boruları yerləşdirilib. Avtomobilin yeni üslubunu 23-düymlük təkər diskləri və aşağı profilli şinlər tamamlayır.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Hamann 16.08.2014

Şərhlər


AD