Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge Charger-i polis üçün uyğunlaşdırdılar

Böyük və güclü avtomobillər təkcə sadə amerikalılar arasında məşhur deyil, qanun keşiyində dayananlara da istənilən cinayətə vaxtında reaksiya vermək üçün lazımdır.

Polisin işini sürətli avtomobillər asanlaşdırır, məsələn, yenilənmiş “Dodge Charger Pursuit”. Avtomobil məxsusi olaraq amerikalı polis üçün hazırlanıb və bütün lazımi avadanlıqla təchiz edilir. Avtomobil “Chrysler” konserninin Kanadanın Brampton şəhərindəki zavodunda yığılacaq.

Restaylinq edilmiş sedan klassik ban rəngi, qabaq bamper qoruyucusu, diodlu həyəcan siqnalı işığı, radiator barmaqlığı arxasında işıqlar, qabaq sütunlarda iki fənər və 100 vattlıq həyəcan siqnalı alıb.

Avtomobilin asması və sükan idarəetməsi yenidən tənzimlənib, əyləclər gücləndirilib və mərkəzi informasiya bazaslna çıxışı olan kompyuter quraşdırılıb.

Bunlarla yanaşı, sükanın üzərində əlavə düymələr peyda olub, qabaq oturacaqların forması dəyişdirilib, sürət qutusunun dəstəyi sükan arxasına keçirilib, video kameralar quraşdırılıb.

“Dodge Charger Pursuit 2015” 296-güclü 3,6-litrlik “Pentastar V6” və 377-güclü 5,7-litrlik “HEMI 8” mühərrikləri ilə təchiz edilir. Daha güclü versiya 100 km/saata 6 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Charger 16.08.2014

Şərhlər


AD