Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar əfsanəvi E-Type-ı canlandırdı

“Jaguar Lightweight E-Type”-ın buraxılışından 51 ildən sonra Britaniya şirkəti yarıməsrlik yaşı olan sportkarların surətini düzəltmək qərarına gəlib. Onları surət adlandırmaq ədalətsiz olardı, belə ki, bir çox hissələr və mühərriklər eynidir və yalnız alüminium ban və interyer yeni olacaq.

1963-cü ildə 18 ədəd “Jaguar Lightweight E-Type” buraxmaq planlaşdırılırdı, lakin bu, 12 ədəd oldu. Altısının buraxılışı isə yarım əsrə qədər uzandı.

Avtomobillərin hazırlanması ilə “Jaguar/Land Rover”-in bu yaxınlarda yaranmış bölməsi – “Special Operations” məşğul olacaq. Onlar klassik avtomobillər üzərində işləri ilə tanınırlar.

Avtomobil alüminium kapota, qapılara, baqaj qapağına və dama malikdir. Salonda dəri oturacaqlar, alüminium əlavələr və ağac sükan var ki, bu da 1963-cü il buraxılışı ilə tamamilə eynidir.

Kapotun altında 3,8-litrlik 340 a.g. (380 Nm) olan atmosferli “altılıq” yerləşdirlib. O, 4-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Canlandırılmış “Jaguar Lightweight E-Type” qiyməti barədə hələlik məlumat yoxdur.

1963-1964-cü illərdə buraxılmış 12 “Jaguar Lightweight E-Type”-dan günümüzə cəmi 11-i gəlib çatıb və onların hər birinin qiyməti 1 milyon avronu keçir. Avtomobilin debütü avqustun 14-ü Pebbl-Biçdə keçiriləcək zəriflik müsabiqəsində olacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar E-Type 16.08.2014

Şərhlər


AD