Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 4-Series Convertible-ın rəsmini təqdim etdi

“BMW” şirkəti “M Performance” tüninq-paketindən aksesuarları olan kabriolet “4-Series”-in rəsmlərinin təqdim edib. “M Sport” asmasında istənilən seriyalı modifikasiya daxili və xarici dekorativ detallar, o cümlədən böyük diametrli təkər diskləri sayəsində daha idmansayağı və cəlbedici görünür. Bundan əlavə, “BMW 4-Series Convertible”-ın texniki hissəsi də yenilənəcək.

“M Performance” dəsti avtomobilə qara radiator barmaqlığı, arxa görünüş güzgülərinin karbon korpuslarını, karbon qabaq splitter, yan ətəklər, arxa bamperdə diffuzor, qapılarda və qanadlarda nazik xətlər, 20-düymlük çoxmilli disklər verəcək.

Avtomobilin idman xarakterini aşağı klirens və üzərində “M” loqotipi olan qırmızı əyləc supportları vurğulayacaq. Salon üçün alkantara ilə üzlənmiş, displeyi olan idman sükanı, alüminium pedallar və karbon lifindən çoxlu sayda əlavələr sifariş etmək olar.

Kabrioleti idman səsi ilə təmin etmək üçün avtomobilin sahibinə yeni qaz buraxma sistemi, dinamikanı yaxşılaşdırmaq üçün isə sürət qutusunun idarəetmə blokunun yenidən tənzimlənməsi təklif ediləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, 4-Series Convertible 15.08.2014

Şərhlər


AD