Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge dünyada ən güclü sedanı təqdim etdi

“Dodge” ictimaiyyətin diqqətinə sedan “Charger SRT”-ni təqdim edib. O, “V8 HEMI Hellcat” mühərriki ilə təchiz edilib. Mühərrik əvvəlcə kupe “Challenger SRT Hellcat”-da debüt etmişdi, indi isə o sedanı dünyada ən güclü, cəld və dinamik avtomobilə çevirib. Bunu avtomobil istehsalçıları təsdiq edirlər.

“Charger SRT Hellcat”-ın kapotu altında 6,2-litrlik “V8 HEMI Hellcat” mühərriki, turbokompressor, döyülmüş porşnlər və şatunlar var. O, 707 a.g. və 881 Nm fırlanma anı verir. Dartma gücü 8-pilləli “TorqueFlite 8HP90” sürət qutusu vasitəsilə arxa təkərlərə ötürülür.

Beləliklə, bu cür mühərriki olan sedanın maksimal sürəti 328 km/saatdır. “Charger SRT Hellcat”-ı dayandırmaq üçün onu ən böyük əyləc mexanizmi “Brembo” ilə təchiz ediblər.

Sedan bir çox cəhətlərinə görə kupe “Challenger SRT Hellcat”-ı xatırladır. Sürücü 5 rejimlə işləyən mexatron şassiyə sahibdir: Custom, Sport, Track, Default və Eco.

“Dodge Charger SRT Hellcat” 275/40 ZR20 ölçülü “Pirelli P Zero” və ya opsional “Pirelli P Zero Nero” şinləri olan 20-düymlük qara disklər alıb.

Avtomobilin interyerində 7-düymlük cihazlar paneli, 8,4-düymlük sensorlu monitor, “UConnect” multimediya sistemi, sükan qızdırıcısı, “Harmon Kardon” akustika sistemi yerləşdirilib.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Charger 15.08.2014

Şərhlər


AD