Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

İtalyanlar “Niva” brendini almaq istəyirlər

İtalyan avtomobil atelyesi Pininfarina S.p.A, amerikan avtomobil istehsalçısı General Motors-dan “Niva” brendini almağa hazırlaşır. Bu haqda, Pininfarina-nın RF-dakı əməkdaşı, “İtalTreydİnvest” qapalı aksiya cəmiyyəti kompaniyasının prezidenti Qabriel Mistu RİA ”Novosti”yə məlumat verib.

Onun sözlərinə görə, “Niva” brendi hal-hazırda General Motors-a məxsusdur, amma, kompaniya amerikan avtomobil istehsalçısı ilə danışıqlar aparıb, brendi almağa hazırdır. “Əgər brendi almaq baş tutmasa, onda biz onu başqa brendlə mövqeləşdirəcəyik”, – deyə Mistu qeyd etdi.

Bundan başqa, o bildirdi ki, kompaniya “AvtoVAZ”-la danışıqlar aparıb, Russiya və İtaliyada Lada 4X4 (“Niva”) bazasında olan yenilənmiş SUV-lar istehsal etmək niyyətindədir. Mistu onu da bildirdi ki, 1970-ci illərdə İtaliyada peydah olmuş “Niva” avtomobilləri, hələ də Avropada məşhurluqla istifadə olunurlar.

“ ”Niva”-nın Avropada müəyyən məşhur brendi var, – deyə Mistu bildirdi. – Rəqiblik edə biləcək yeni avtomobilin istehsalına başlamaq olar”. Bununla yanaşı onu da qeyd etdi ki, yenilənmiş “Niva”-ları İtaliyada, əvvəllər yapon SUV-u Mitsubishi Pajero Pinin-nin istehsal olunduğu və bugün boş qalmış Pininfarina gücü ilə istehsal etmək olar.

Mistu onu qeyd etdi ki, Pininfarina, rus avtoqiqantına və onun əməkdaşlarına, bütün Lada avtomobilləri üçün yeganə korporotiv stil, o cümlədən R90 proyekti üçün yeni platforma hazırlamaq üçün Renault-u təklif edə bilər. Onun sözlərinə görə, paltforma hazırlamaq bir-iki il vaxt alacaq. Mistunun qiymətləndirməsinə görə, investisiya, bir neçə yüz milyon avro təşkil edə bilər.

Mənbə: auto.ru

Tərcümə: AUTO.AZ



teqlər:
General Motors, Niva, AvtoVAZ, Lada 04.09.2010

Şərhlər


AD