Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac Escalade top versiyası əldə etdi

Amerikanın “Cadillac” şirkəti yeni “Escalade Platinum” modifikasiyasını təqdim etdi. Flaqman yolsuzluq avtomobilinin ən möhtəşəm versiyasının qiyməti 90,2 min dollardır. Avtomobil bu il satışa buraxılacaq.

Yolsuzluq avtomobili xromlaşdırılmış eksteryer bəzəyi, həmçinin 22 düymlük yüngül lehimli disklər əldə edib. Avtomobilin salonu Nappa dərisi, zamşa və təbii ağacla işlənib. Qabaq oturacaqlar qızdırıcı və ventilyasiya ilə təchiz olunub, həmçinin 18 müxtəlif tənzimləyiciyə malikdir. Arxada oturan sərnişinlər üçün başaltılarda ikiyeddi düymlük, tavanda doqquz düymlük displeyi olan məlumat-əyləncə sistemi nəzərdə tutulub.

“Escalade Platinum” 6-pilləli “avtomat” Hydra-Matic 6L80-ı əvəz edən 8-pilləli avtomatik transmissiya əldə edib. Bundan başqa,avtomobil dairəvi görünüş kameraları və dördüncü nəsil simsiz əlaqə LTE ilə təchiz olunur. Yeniliyin kapotunun altında 6,2 litrlik V8 mühərriki quraşdırılır. Mühərrikin gücü 420 a.g. və 623 Nm təşkil edir.

Keçən ilin payızında “Cadillac” dördüncü nəsil “Escalade” təqdim etdi. Yolsuzluq avtomobilinin xarici görünüşü sələfindən yüksək sürətdə bağlanan avtomatik pərdəli radiator barmaqlığı, diodlu baş optika və fərqli bamperlə fərqlənir. İçəridə dəyişiklik daha çoxdu. Məsələn, yolsuzluq avtomobilinin salonunda iki ekran meydana gəlib, diaqonalları 12,3 və 8 düym təşkil edir. Birinci cihaz paneli, ikinci isə multimediya sisteminin bir hissəsinə cavab verir.

Yolsuzluq avtomobili həmçinin öz seqmentinin müasir modelləri üçün adi olan bir sıra imkanlar əldə etdi. Onların arasında naviqasiya sistemi, Bluetooth, Blu-Ray player, görünməyən zonalarda monitorinq sistemi və hərəkət zolağından çıxışa nəzarət sistemi var. Avtomobilin quruluşunda yüngül materiallardan istifadə olunması sayəsində o daha yüngül olub.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac Escalade 13.08.2014

Şərhlər


AD