Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ən sürətli Range Rover Sport təqdim olundu

“Land Rover” şirkəti rəsmi təqdimat mərasimi bu cümə axşamı Pebbl-Biç eleqantlıq müsabiqəsində keçiriləcək ən sürətli və güclü yolsuzluq avtomobili “Range Rover Sport SVR”-in sirrini açdı.

Möhtəşəm yolsuzluq avtomobilinin “yüklənmiş” modeli daha güclü mühərrikvə tamamlanmış texnika əldə etdi. Sınaq zamanı avtomobil alman rəqibi “BMW X6 M”-i 10 saniyə qabaqlayaraq öz sinfində - 8 dəqiqə və 14 saniyəyə - Nürnburqrinqin Şimal petləsi rekordunu vurdu.

“Range Rover Sport SVR”-in kapotunun altında yaxşı tanıdığımız mexaniki kompressorlu 5,0 litrlik V8 mühərriki yerləşir. Yükləmə sisteminin təzyiqinin artırılması və EİB-nun yenidən yüklənməsi güc aqreqatının gücünü 510a.g. və 625 Nm-dən 550 a.g. və 680 Nm-dək artırdı.

Yolsuzluq avtomobilini avtomatik 8 pilləli ZF sürət qutusu və sürmə üslubuna və yol şəraitinə daha yaxşı uyğunlaşmağa imkan verən 25 iş proqrammı ilə təchiz ediblər. 96 km/saata sürətlənməyə avtomobil 4,5 saniyə sərf edir.

Maksimal sürət 260, 7 km/saatdır. Daimi tam ötürücü adi şəraitdə fırlanma anını oxlar arasında bərabər bölür. Lakin mərkəzi differensialın çoxdiskli muftası bütün dartı qüvvəsini oxlardan birinə ötürə bilər.

“Land Rover” markasının ən güclü modellərindən biri Brembo əyləcləri, maqnitoreoloji maye ilə dolmuş, yol örtüyünün müxtəlif növlərində sərtliyini dəyişməyə imkan verən tamamlanmış alüminium asılqan, optimallaşdırılmış Adaptive Dynamics sistemi və bir çox başqa sistemlərlə təmin olunub.

Bundan başqa, klirens 235-dən 50 mm-dək dəyişə bilir, Terrain Response sisteminin yeni nəsli sayəsində əsas düyünlərin işi yol örtüyünün növünə uyğunlaşır. Böyük hava çıxışı dəlikləri olan, arxasında iki interkuler, şəklidəyişmiş radiator barmaqlığı, qabaq qanadlarda böyük ventilyasıya dəlikləri, başqa yan ətəklər yerləşən qabaq bamper, qara cilalı diffuzor və damın axırında spoyleri olan yeni arxa bamper avtomobilin vizual fərqləri oldu.

Bundan başqa, “Range Rover Sport SVR”-i 21 düymlük təkərlər və dördborulu qazçıxma sistemi ilə təchiz ediblər. Salonda Oxford dərisi ilə tikilmiş idman üslubunda qabaq və arxa oturacaqlar, dekorativ alüminium plankalar və SVR isimlikləri quraşdırılıb.İlk avtomobillər gələn ilin əvvəlində ABŞ-da buraxılacaq. Onların qiymətləri 110 450 dollardan başlayır.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport 12.08.2014

Şərhlər


AD