Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai  yeni i20-nin sirrini açdı

“Hyundai” yeni “i20”-nin ilk rəsmi şəkillərini dərc etdi. Avtomobilin təqdimat mərasimi Paris avtoşousunda keçiriləcək. Yeni nəsildə hetçbekin ölçüləri böyüyüb, təkər bazası 45mm əlavə edib. Bu da arxa sərnişinlər üçün yer əlavə etməyə imkan verəcək. Yük yerinin həcmi 320 litr təşkil edəcək.

Top komplektasiyasında avtomobil işıqdiodlu optika və panoramlı lyuk əldə edəcək. Salonda yenilənmiş multisükan, arxa sərnişinlər üçün ventilyasiya dəlikləri meydana gələcək. Avtomobillər  USB və AUX üçün keçidlər, həmçinin Bluetooth əldə edəcəklər.

Dəqiq texniki məlumat hələ ki, yoxdur. Yəqin ki, seçim kimi iki benzin və iki dizel mühərriki olacaq. Benzin mühərrikləri sırası 1,2 litrlik və 1,4 litrlik aqreqatlarla təqdim olunacaq. Dizel mühərriklərinin arasında isə üçsilindrli 1,1 litrlik və dördsilindrli 1,4 litrlik mühərriklər təqdim olunacaq.

Bundan başqa, 2015-ci ilədək “N” nişanı əldə edən, “yüklənmiş” variant buraxmaq planlaşdırılır. Avtomobildə “Hyundai i20”-nin texnologiyalarından istifadə olunacq, hetçbek təxminən 190 a.g. verən mühərrik əldə edəcək.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai i20 12.08.2014

Şərhlər


AD