Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yenilənmiş CTS-in sirrini açdı

“Cadillac” restaylinq olunmuş sedan “CTS”-in rəsmi şəkillərini dərc etdi. Avtomobil şəklidəyişmiş radiator barmaqlığı və yenilənmiş qabaq bamper əldə etdi.

Bundan başqa, “CTS” maksimal komplektasiyada adaptiv işıqlandırma sistemi ilə tamamlanan yeni nəsil hallogen fənərlər əldə etdi. Mühərrik qamması dəyişikliklərə məruz qalmayacaq.

Restaylinq olunmuş avtomobilin kapotunun altında seçim olaraq: 276 a.g. verən 2 litrlik dördsilindrli mühərrik, 325 a.g. verən 3,6 litrlik atmosferli V6, 424 a.g. verən 3,6 litrlik biturbolaşdırılmış aqreqat, həmçinin 564 a.g. verən 6,2 litr həcmli V8 – quraşdırılacaq.

Şirkətdə verilən məlumata görə, əsas dəyişikliklər multimediya kompleksinə aid olacaq. Yeni sistem SMS-məlumatlarını ucadan oxumağı, həmçinin avtomobilin maksimal sürətini məhdudlaşdırmaq və audiosistemin səsinin ucalığını dəyişdirməyi öyrənəcək.

Avtomobili uşaqlara etibar edən valideynlər onun hansı maksimal sürətdə getdiyini və həmçinin ABC qoşulmalarının sayını göstərən sistemdən xüsusi hesabat ala biləcəklər.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CTS 08.08.2014

Şərhlər


AD