Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Strasse Wheels disklərində Mercedes CLS63 AMG

Müasir lyuks avtomobil sahiblərinin çoxu original dizaynlarını qurban verməyərək öz avtomobillərini daha da eksklüziv etməyə çalışırlar. Bu sualın cavabı lazımi yeniliklər – yeni təkərlər və unikal eksteryer bəzəyi – kimi sadədir.

Dəbli dördqapılı kupe “Mercedes-Benz CLS63 AMG”-ni bir neçə dəfə fərdiləşdiriblər, lakin hər yeni layihə öz parlaqlığı və individuallığı ilə valeh edir. “TatezDesign” şirkəti avtomobilin banına tutqun qızılı “MatteBondGold” vinil qatı çəkib.

Bu qat qara dam, tonlaşdırılmış şüşələr, tündləşdirilmiş fənərlər və üzərində alman istehsalçısının üçşüalı ulduzu olan qara radiator barmaqlığı ilə uyğun gəlir.

Qabaq bamperin reflektorlarını banın rənginə boyadılar, yan arxa görünüş güzgülərinin yuxarı hissəsi və aerodinamik asmanın (qabaq splitter, arxa diffuzor və yük yerinin qapağının böyük spoyleri) bəzi elementlərini kontrast qara aksentdə hazırlayıblar.

Nəhayət, avtomobilin idman imkanları aşağı klirens və lehimli müxtlif enli 20-düymlük bürünc Strasse SM5 diskləri və onların millərinin arasından görünən qırmızı əyləc supportları ilə nəzərə çarpdırılır.

AUTO.AZ



Şərhlər


AD