Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni yolsuzluq avtomobili düzəldəcək

“Nissan” şirkəti 2014-cü ildə göstərilən pikap “Navara” ilə ümumi platformada yeni yolsuzluq avtomobili buraxacaq. Bu  barədə “Navara”-nın baş mühəndisi Takası Fukuiyə istinadən Avstraliya nəşriyyatı The Motor Report məlumat verir.

Fukuinin sözlərinə görə, “Nissan”-da “Navara”-nın bazasında  yolsuzluq avtomobilinin düzəldilməsi üzrə aktiv işlər gedir. Belə avtomobil artıq yaxın illərdə meydana gələcək.

Bir qədər əvvəl bu planlar barədə “Nissan”-nın kommunikasiyalar üzrə baş direktoru Viktor Nasif məlumat vermishdi. O qeyd etdi ki, yapon istehsalçısı “Navara” ilə eyni platformada yeni modellər buraxmaq fikrindədir.

Hal-hazırda “Nissan”-nın yeni yolsuzluq avtomobili haqqında demək olar ki, heç nə məlum deyil. Yəqin ki, yenilik “Navara”-nı xatırladacaq və çərçivə konstruksiyasını və sərt körpünü saxlayacaq. Beləliklə, yeni yolsuzluq avtomobili nəsil dəyişikliyi zamanı “Pathfinder”-in boşaltdıgı yeri dolduracaq.

AUTO.AZ



teqlər:
Nissan 06.08.2014

Şərhlər


AD