Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner-dən Mercedes-Benz CLS63 AMG

İdman üslubunda dəbli dördqapılı kupe “Mercedes-Benz CLS63 AMG” cüzi, lakin düzgün seçilmiş satışdan sonrakı yeniliklərlə zavod versiyasından daha cəlbedici görünür.

Buna əmin olmağa “Vorsteiner” tüneri tərəfindən köklənmiş avtomobil kömək edəcək. Avropada və Şimali Amerikada tanınmış alman şirkəti avtomobili banın yüngül asması və eksklüziv təkərlərin hesabına fərdiləşdirməyi təklif edir. Bura yenilənmiş eksteryer bəzəyini də əlavə etsək tamamilə misilsiz rahat dördnəfərlik sportkar əldə edərik.

“Obsidian Black” adlı qara metallic rənginə boyanmış avtomobilin xaricində qabaq bamperin aşağı dodağını, arxa bamperin üçqabırğalı diffuzorunu  və yük yerinin damında kiçik spoyler quraşdırıblar. Bütün detallar xüsusi texnologiyalarla hazırlanıb və rəngsiz lakla örtülüb.

Sonra “Mercedes CLS63 AMG”-yə boz çoxmilli Sport Challenge VSC-103 diskləri “geyindiriblər”.  21x9 düymlük qabaq disklər 255/30, 21x11 düymlük arxa disklər isə 295/25 ölçülü Pirelli P Zero şinlərinə “bürünüblər”.

Tünd elementlər çoxluğunu qara əyləc supportları,tonlaşdırılmış şüşələr və üçşüalı “Mercedes-Benz” ulduzlu qara radiator barmaqlığı tamamlayır.

AUTO.AZ



Şərhlər


AD