Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni i20-nin bir hissəsini göstərdi

İnternet şəbəkəsində yeni “i20”-nin casus şəkilləri peyda olan kimi, “Hyundai” dərhal rəsmi şəkillər yaydı. Lakin istehsalçı yalnız dizayner cızma-qarasını təqdim etdi və elan etdi ki, “i20” yeni üslubun daha bir təcəssümü olacaq.

Maraqlıdır ki, casus şəkillərinə nisbətən rəsmi tizerlərdə yeni nəsil “i20” daha yaxşı təsir bağışlayır. İstehsalçının “incə və orijinal”, “cəsarətli interpretasiya” və “nadir iş” kimi verdiyi bəyanatlara baxmayaraq seriyalı “Hyundai i20” yəqin ki, Koreya brendində inqilab etməyəcək.

İnternetdə yayılmış şəkillərdə hetçbekin Hindistan bazarı üçün olan modifikasiyası təsvir edilib. “Hyundai i20”-nin Avropa üçün versiyası bir qədər fərqli dizayn ala bilər.

“Hyundai”-da bildirirlər ki, yeniliyin üslubunu şirkətin Rüsselsxaymedə olan avropalı dizayn-studiyası hazırlayıb. Hələlik yeni hetçbekin tam təqdimatı barədə məlumat verilmir. Lakin “Hyundai” nümayəndələri artıq qeyd ediblər ki, bu, Paris avtosalonundan bir qədər əvvəl olacaq.

Mühərrik qammasına gəldikdə isə ilkin məlumatlara əsasən demək olar ki, o əvvəlki i20 kimi qalacaq. Belə şayiələr də gəzir ki, “Hyundai” şirkəti güclü modifikasiya da istehsal edə bilər. O, 190-güclü 1,6-litrlik mühərrik alacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai i20 02.08.2014

Şərhlər


AD