Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yenilənmiş Cadenza versiyasını təqdim etdi

“Kia” şirkəti Şimali Amerikanın avtomobil bazarı üçün sedan “Cadenza”nın yenilənmiş versiyasını təqdim edib (Cənubi Koreyada Kia K7 adı ilə satılır).

Restaylinq olunmuş model bir qədər dəyişilmiş xarici görünüş və yeni təhlükəsizlik sistemi alacaq. 4-qapılı avtomobil fərqli radiator barmaqlığı, əlavə LED işıqlar və 19-düymlük yüngül lehimli təkər diskləri alıb.

Salonun qabaq panelində analoq saat və yeni xrom detallar peyda olub. Sürücü və qabaq sərnişin oturacaqları əlavə istiqamətlərdə elektrik tənzimləməsi alıb və onların sayı müvafiq olaraq 12 və 8-dir.

Elektron köməkçilər sırasına arxa maneələr barədə xəbərdarlıq edən sistem daxil edilib. Bundan əlavə, yenilənmiş sedan “Cadenza” dairəvi görünüş, kor zonalara nəzarət sistemləri, adaptiv kruiz-kontrol, elektron dayanma əyləci və qabaq yan şüşələrdə suyu özündən itələyən üzlük alıb.

Mühərriklər qammasındakı dəyişikliklər barədə məlumat verilmir. ABŞ-da “Kia Cadenza” 293 a.g. olan 3.3-litrlik benzin mühərrik və 6-pilləli avtomat sürət qutusu ilə təchiz edilir.

Sedanın qiymətləri 33,100 dollardan başlayır. Modelin yenilənmiş versiyası ilin sonunda satışa çıxarılmalıdır.

AUTO.AZ



teqlər:
KIA, Kia Cadenza 01.08.2014

Şərhlər


AD