Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi kompakt elektromobil istehsal edəcək

Hələ 2011-ci ildə alman mühəndisləri elektrik güc qurğusu olan konsept “Audi A2” təqdim etmişdilər. O vaxt bildirilirdi ki, elektromobil konveyerə çıxa bilməyəcək – seriyalı model çox baha alına bilərdi. Şayiələrə görə indi “Audi”-də fikirlərini dəyişiblər.

Artıq “Audi”-də kiçik elektromobil üzərində çalışırlar. Bu barədə “Autobild” nəşriyyatı məlumat verir. Məlumata əsasən yenilik 2018-ci ildə satışa çıxarıla bilər. O, “Volkswagen” konserninin modul platformasında yığıla bilər.

Elektrik güc qurğusu kompakt venə bir dəfəyə 500 km məsafə qət etməyə imkan yaradacaq. Yeri gəlmişkən, yeniliyin hansı ban alacağı hələlik sual altındadır. Hətta ola bilsin ki, konsept kiçik krossoverə çevrilsin. Belə olduqda model A2Q adı alacaq.

“Audi”-nin nəyə görə fikrindən döndüyü barədə məlumat verilmir. Çox güman ki, “A2” elektrik superkar “Audi R8 e-tron”-un yolunu davam etdirir. Bu layihənin həyata keçirilməsi şirkət rəhbərlərini yeni akkumulyatorlar hazırlamağa vadar edib. Bu akkumulyatorlar superkara 450 km məsafə qət etməyə imkan verəcək.

“Autobild” nəşriyyatının məlumatına əsasən, uzaq məsafə qət etmək üzrə rekordçu 2017-ci ildə buraxılacaq Q6 olacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A2Q 01.08.2014

Şərhlər


AD