Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 6-Series universal təqdim edəcək

Artıq elan edilmiş 2- və ya 4-qapılı kupe və kabrioletdən başqa, yeni “BMW 6-Series” nəslinin buraxılışından sonra Bavariya şirkəti “6-Series” universal istehsal etməyi planlaşdırır. Avtomobil “Mercedes-Benz CLS Shooting Brake”-ə rəqim olmalıdır və model sırasında “5-Series Touring”-dən bir pillə yüksək mövqedə dayanmalıdır.

Yeni nəsil “BMW 5-“ və “6-Series” yüngül platformada yığılacaq və bu, avtomobilin çəkisini minimum 100 kq azaldacaq. Beləliklə, “520i” baza versiya 1,5 ton olacaq. Avtomobilin qabaritləri, gözlənildiyi kimi, demək olar ki, dəyişməyəcək.

Kapotun altında 4, 6 və ya 8 silindrli mühərriklər dayanacaq. Bir qədər əvvəl isə 3-silindrli dizel mühərrikin buraxılacağı barədə də məlumat verilmişdi. Bu mühərrik 150 a.g. ola bilər, 100 km məsafəyə 3.9 litr yanacaq sərf edəcək. Lakin bu məlumat hələlik təsdiqlənməyib. Ola bilsin ki, şirkət bu fikirdən yayınıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series 01.08.2014

Şərhlər


AD