Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Unikal tüninqdə BMW M3 Convertible

Yeni “BMW M3 və M4” modellərinin buraxılışı ilə əlaqədar olaraq keçmiş nəsil “M3”-ün (Е90, Е92 və Е93) sahiblərinin avtomobillərini fərdiləşdirmək həvəsi bir az da artdı.

Tüninq üçün geniş detal sırası bir zamanlar zavod avtomobilini yol hərəkəti iştirakçılarının və piyadaların diqqət mərkəzinə çevrilən yeganə avtomobilə çevirməyə imkan verir. “iND” tüninq-atelyesinin tamamladığı E93 banında kabriolet “M3 Convertible” ilə məhz bu baş verdi.

Özünün tanınan və aqressiv görünüşünü saxlayan Bavariya  idman kabrioleti müxtəlif istehsalçıların komponentlərindən düzəlmiş aerodinamik asma sayəsində daha unikal görünməyə başladı.

Avtomobilin xaricində qırmızı “Melbourne Red CRT” rəngli Vorsteiner splitteri olan GTS5 qabaq bamper. Karbon yan ətəklər və arxa bamperin Gintani qapaqları, yük yeri qapağının ensiz spoyleri, şəklidəyişmiş astanalar və Vorsteiner Type II diffuzoru olan tamamilə yeni arxa bamper iND görürük.

Qara radiator barmaqlığı, qabaq qanadlarda qara əlavələr və 19-düymlük “Vorsteiner” boz diskləri, karbon kalpaklar və aşağı profilli “Michelin Pilot Super Sport” şinləri ağ “Alpine White” banına təzad yaradır.

Digər yeniliklər sırasında qabaq OSS optikasını, tündləşdirilmiş arxa fənərləri və ikirəngli arxa görünüş güzgülərinin korpuslarını göstərmək olar. Kupe-kabriolet “BMW M3”-ün daxilində oturacaqlar, qapı panelləri, torpedo və mərkəzi tonnel qırmızı və qara dəri ilə işlənib.

Mərkəzi konsol karbon GTS əlavələri ilə işlənib. Karbon, həmçinin qara dərili idman sükanı “Nexon”nu  və cihazlar panelini bəzəyir. “BMW M3 Convertible (Е93)”-ün hər hansı bir texniki yenilikləri barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, IND 31.07.2014

Şərhlər


AD