Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus NX aksesuar dəsti əldə etdi

“Toyota Racing Development (TRD)”-in idman bölməsi kompakt krossover “Lexus NX”-in tamamlanması və fərdiləşdirilməsi üçün aksesuar paketi buraxdı. Zavod tüninq proqramı avtomobilə vizual idman üslubu verməyə və bununla da yolda hərəkətini dəyişməyə imkan verir.

Artıq bütün detallar Yaponiyanın daxili bazarında satışa çıxarılıb və “NX 200t” və “NX 300h” modifikasiyaları üçün sifariş oluna bilər. Avropada TRD tüninq paketinin yerinə bir müddət sonra “Lexus NX F Sport” idman versiyası satılacaq.

TRD dizaynerləri dəbli krossoverin qabaq bamperinə splitter və arxa bamperinə yan qoymaları olan dördqabırğalı diffuzor əlavə ediblər. Hərəsi 11,4 kq olan 19 düymlük çoxmilli lehimli alüminium disklər, aşağıprofilli şinlər və qazçıxma sisteminin dörd parlayan borusu avtomobilin idman şəkilini tamamlayır.

“Toyota Racing Development” mütəxəssislərinin asılqanı aşağı salıb kiçik yolsuzluq avtomobilinə “düzgün qamət” verəcəkləri və onun əyləc sistemini tamamlayacaqları da mümkündür. Bundan başqa, tərəfindən daxili və xarici tüninq üçün müxtəlif kiçik detallar təqdim oluna bilər.

AUTO.AZ



teqlər:
Lexus, Lexus NX 31.07.2014

Şərhlər


AD