Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW şirkəti krossover X2  buraxacaq

“BMW” “X2” adını alacaq kompakt krossover üzərində işləyir. Avtomobil 2015-ci ilin “Х1”-nin bazasında düzələcək. Dizayn isə “X4” və “X6”-nın əsasında hazırlanacaq. Yeniliyin buraxılışı 2017-ci ilə planlaşdırılır.

“X1”-də olduğu kimi “X2”-nin də əsasında “Mini Cooper” və “BMW 2-Series Active Tourer”-in də düzəldiyi yeni UKL platforması olacaq. Bu o deməkdir ki, yəqin ki, avtomobil baza komplektasiyasında qabaq ötürücülü, seçim kimi isə tam ötürücü ilə əlverişli olacaq.

Avtomobil həm üç, həm də beşqapılı komplektasiyada təqdim olunacaq. Mühərrik sırası “X1”-ə yaxın olacaq. Ona 184 və 231 a.g. verən 2,0 litrlik benzin mühərrikləri, həmçinin 150 a.g. verən 2,0 litr həcmli dizel aqreqatı daxil olacaq.

Həmçinin hibrid versiyasının da meydana gələcəyi də mümkündür. UKL platformasında hibrid texnologiyaları konsept “Active Tourer”-də təqdim olunub. Burada qabaq təkərlər 1,5 litrlik DYM ilə hərəkətə gətirilir, arxa təkərlərə isə ötürücü elektrik mühərrikindən gəlir.

AUTO.AZ



teqlər:
BMW, BMW X2 31.07.2014

Şərhlər


AD