Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac şirkəti sedan ATS-i uzatdı

“Cadillac” sedan “ATS”-in uzunbazalı versiyasını təqdim etdi. Avtomobil yalnız Çin bazarı üçün nəzərdə tutulub və orada da istehsal olunacaq. “Cadillac ATS-L”-ı başqa ölkələrə çatdırmaq planlaşdırılmır.

Yeni versiyanın təkər bazası 85 mm, qabarıt ölçüləri 4644-dən 4730 mm-dək, eni isə 19 mm artırılıb. Dizayn demək olar ki, dəyişilməyib, sərnişinlərin rahatlığı üçün arxa qapılar böyüdülüb, yol işığı zolağı isə 6 mm qısaldılıb.

Mühərrik sırasında 279 a.g. verən 2,0 litrlik turbomühərrik və 320 a.g. verən 3,6 litrlik V6 təqdim olunacaq. Avtomobil satışa 2014-cü ilin axırında çıxarılacaq. Qiyməti 44 000 dollar olacaq.

Xatırladaq ki, 2015-ci ilədək “Cadillac” “ATS”-ın Avropa versiyasını da yeniləməyi planlaşdırır. Avtomobilin qabaq hissəsi də dəyişiləcək, restaylınqdən sonra banın yeni boya variantları əlverişli olacaq.

Salonda böyük dəyişikliklər olmayacaq. Yeni bəzək variantları, rahatlıq və təhlükəsizliyin artırılması üçün bir sıra yeni sistem meydana gələcək. Avtomobil artıq baza komplektasiyasında Siri texnologiyası əldə edəcək. Bu sistem mobil qurğunu səslə idarə etməyə imkan verir və əldə olunan mətn mesajlarını səsləndirir.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac ATS 30.07.2014

Şərhlər


AD