Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Retro disklərdə Mercedes-Benz S63 AMG

“MEC Design” şirkəti yeni sedan “Mercedes S63 AMG”-yə eksklüziv disklər “geyindirmək” qərarına gəldi. 90-cı illərin sonu 2000-ci illərin əvvəlində alman avtomobil istehsalçısı oxşar təkərlərdən istifadə etmişdi.

O vaxtlar həmin disklərlə əsasən W210 banında “E-Class”-ı təchiz edirdilər. Bundan başqa, tünerlər böyük limuzinin altı ilə yol örtüyünun arasındakı məsafəni azaldıb onun idman xarakterini nəzərə çarpdırırlar.

“Yüklənmiş” təmsilçi avtomobilin qalan tamamlamaları artıq ola bilər və gücün, rahatlığın və idarəetmənin ideal tarazlığını poza bilərdi.

W222 banında yeni “Mercedes-Benz S-Class” mərkəzi qara tutqun rəngə boyanmış 22 düymlük müxtəlif enli mecxtreme1diskləri əldə edib, polad rəflər isə güzgü kimi cilalanıb.

10,5 düymlük qabaq disklər 285 mm-lik şinlər, 11,5 düymlük arxa disklər isə 295 mm-lik şinlər “geyinib”.

Alman tünerləri idarəetmə blokunu pnevmatik asılqanla optimallaşdırıb avtomobilin yol işığı zolağını xeyli qısaltdılar.

AUTO.AZ



Şərhlər


AD