Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni nəsil Vito təqdim etdi

“Mercedes-Benz” yeni nəsil miniven “Vito”-nu təqdim etdi. Avtomobil “V-Class” üslubunda yeni interyer və eksteryer əldə etdi. Miniven üç qabarit uzunluğu variantında - 4895, 5140 və 5370 mm və seçimə uyğun olaraq üç ötürücü ilə - tam, qabaq və arxa ötürücü ilə təqdim olunur.

Qabaq ötürücü ilə olan versiya 88 və ya 114 a.g. verən 1,6 litrlik dizel mühərriki ilə təchiz olunacaq. Tam ötürücü və arxa ötürücü ilə olan versiya komplektasiyasından asılı olaraq 136, 163 və ya 190 a.g. verən 2,15 litrlik dizel mühərriki əldə edəcək.

Qabaq və arxa ötürücülü 136 a.g. verən baza versiyası altıpilləli mexaniki sürət qutusu, tam ötürücülü versiyalar, həmçinin 190 a.g. verən arxa ötürücülü avtomobil yeddipilləli “avtomatla” təchiz olunacaq. Seçim kimi bütün arxa ötürücülü versiyalara avtomat sürət qutusu quraşdırmaq olar.

Avtomobili üç modifikasiyada – sərnişin, sərnişin-yük və ancaq yük daşımaq üçün nəzərdə tutulan variantda əldə etmək olar.

Avropada yeni minivenin satışları oktyabrda başlanacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz Vito 30.07.2014

Şərhlər


AD