Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner BMW M4 Coupe-ni tamamlayacaq

Tezliklə “Vorsteiner” şirkəti “BMW M4”-ün satışdansonra kosmetik yenilənməsi üzrə öz tüninq-paketini təqdim edəcək. Bu paket istənilən seriyalı modeldən yeganə avtomobil düzəltməyə imkan verəcək.

İdman xüsusiyyətinin gözəllik və rahatlıqla bir araya gəldiyi dəbli yenilənmiş kupe üçün tünerlər eksklüziv bodi-kit və nadir konstruksiyalı təkər dəsti təklif edəcəklər. Tüninq-dəstin satışa çıxarılacağı dəqiq vaxt barədə məlumat verilmir. Belə ki, o hələ də hazırlanma mərhələsindədir.

“Vorsteiner” atelyesinin dizaynerləri tərəfindən hazırlanmış iki kompyuter təsvirinə əsasən demək olar ki, aerodinamik asmalı “BMW M4 Coupe (E82)” qabaq bamperdə önlük, nazik yan ətəklər və arxa bamperdə diffuzor alacaq.

Bununla yanaşı, 5 cüt mili olan yüngüllehimli “Vorsteiner VFF” diskləri, aşağı salınmış asılqan, bütöv spoyleri olan yeni baqaj qapağı, parlaq əyləc supportları və tünerin emblemi avtomobilin fərdi obrazını vurğulayır. Tüninq paket barədə daha ətraflı bir qədər sonra məlumat veriləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4, Vorsteiner 29.07.2014

Şərhlər


AD