Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Forgiato diskləri üzərində Jeep Grand Cherokee

Demək olar ki, bütün nadir avtomobillərə “Forgiato Wheels” diskləri quraşdırılıb. Lakin bu disklər daha çox böyük yolsuzluq avtomobillərində qəşəng görünür. Amerikan firması “Forgiato”-nun 24-düymlük diskləri “Cadillac Escalade” və “Mercedes-Benz G-Wagen” modellərinin təkər arkalarını çox gözəl tamamlayır.

Bu, indi də “Jeep Grand Cherokee SRT8”-də belədir. Yeni disklərlə yanaşı, bu avtomobilin cüzi kosmetik yeniliklərə ehtiyacı var. Qara haşiyələri və polad milləri olan dəbli ikirəngli böyük “Forgiato Taglios” diskləri avtomobilin parlaq qırmızı banına çox gözəl yaraşır.

Aşağı profilli şinlər və alçaq klirens 480-güclü yolsuzluq avtomobilinin idman xarakterini vurğulamağa imkan verir. Yeni “Jeep Grand Cherokee SRT8” seriyalı variantdan eksklüziv işləmələri ilə seçilir.

O tamamilə qara radiator barmaqlığına, tündləşdirilmiş şüşələrə, amerikan avtomobil istehsalçısının qara rəngli embleminə və qabaq bamperdə qara rəngə boyanmış xromlaşdırılmış dekorativ əlavələrə malikdir.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Grand Cherokee, Forgiato Wheels 29.07.2014

Şərhlər


AD