Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yenilənmiş Yaris-i təqdim etdi

“Toyota” şirkəti kompakt şəhər hetçbeki “Yaris”-in amerikan versiyasını yeniləyib və bu ayın sonlarında onu satışa çıxaracaq. Bu model avropa modelindən sələfindən istər dizayn, istərsə də texniki təchizat cəhətdən elə də fərqlənmir.

Yenilənmiş xarici görünüş və daha zəngin baza komplektasiyası müştərilərin gözündə avtomobilə daha çox cazibə qatacaq. Yeniliyin başlanğıc qiyməti 14 845 dollar olacaq.

Restaylinq olunmuş modeli fərqli radiator barmaqlığı və böyük hava çıxıntılarına malik bamperi olan banın qabaq hissəsi ilə tanımaq olacaq. Bundan əlavə, “Toyota Yaris 2015” yeni optikaya, yaxşılaşdırılmış səs izolyasiyasına, yenidən tənzimlənmiş asmaya və yenilənmiş interyerə malikdir.

Avtomobil 3 komplektasiyada olacaq və baza kimi “Yaris L”-dir. O, kondisionerli hava sisteminə, elektrik şüşəqaldırıcılarına, kilidlərə, 6.1-düym displeyi olan “Entune” informasiya-əyləncə sisteminə malikdir.

Daha bahalı “Yaris LE” versiyası isə yüngüllehimli 15-düymlük təkər diskləri, kruiz-kontrol, metal və gümüşü bəzəklər və salona açarsız daxil olma sistemi ilə təchiz ediləcək.

Ən bahalı “Yaris SE” versiyasına gəldikdə isə o, daha müasir qabaq optika, diodlu hərəkət işıqları, idman asması, 16-düymlük disklər, arxa spoyler, gücləndirilmiş əyləclər, salonda xüsusi parça, dəri sükan və qara parlaq dekorativ elementlərlə təchiz edilib.

Yenilənmiş hetçbek “Toyota Yaris” 106-güclü (139 Nm), 4-silindrli 1.5-litrlik benzin mühərriklə təchiz edilir. Mühərrik ya standart 5-pilləli mexaniki, ya da köhnəlsə də ən yaxşı hesab edilən 4-pilləli avtomat sürət qutusu ilə birgə işləyəcək.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Yaris 24.07.2014

Şərhlər


AD