Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Kia Sorento-nun xarici görünüşü təəccübləndirmir

2012-ci ildə krossover “Kia Sorento” restaylinq edildi. O, yeni qabaq bamper, yeni optika və təkmilləşdirilmiş radiator barmaqlığı aldı. Həmin vaxtdan model dəyişilməyib, lakin koreyalılar növbəti “Sorento” nəsli üzərində çalışırlar. Avtomobil sentyabr ayında Koreya Respublikasında, bir qədər sonra isə - noyabr ayında Los-Ancelesdə təqdim ediləcək.

Bu yaxınlarda krossoverin ilk eskizləri internet şəbəkəsində peyda oldu. Eskizlərə əsasən “Kia Sorento”-da elə də inqilabi dəyişiklik edilməyib. Ümumiyyətlə, şəkillərdə “Sorento” krossoverdən daha çox minivenə bənzəyir. Güman edilir ki, seriyalı versiya kifayət qədər hündür klirens alacaq.

AUTO.AZ



teqlər:
KIA, KIA Sorento 24.07.2014

Şərhlər


AD