Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vath Mercedes A45 AMG-ni gücləndirdi

Artıq “Mercedes A-Class”-ın 3-cü nəslinin tamamlanması ilə məşhurlaşmış “VATH Automobiltechnik GmbH” şirkəti AMG bölməsindən A45 versiyasını gücləndirib.

İstənilən vaxt əsl sportkarlara qarşı çıxa bilən idman xarakterli kiçik 5-qapılı hetçbek alman tüninq ustalarının əməyi sayəsində daha güclü və cəld olub, idarəetməsi yaxşılaşdırılıb.

Seriyalı avtomobildə quraşdırılan bugünün ən güclü 2,0-litrlik mühərrikinin faydalı iş əmsalını artırmaq üçün “VATH” mexanikləri idman katalizatorları və səs tənzimləmə klapanları ilə təchiz edilmiş paslanmayan xüsusi “45 EVO” sistemi quraşdırıblar, elektron idarəetmə blokunun proqramını tənzimləyiblər.

Nəticədə mühərrikin gücü 360-dan 425 a.g., fırlanma anı isə 450-dən 515 Nm-ə qədər artıb. Sportkarın dinamikası barədə məlumat verilmir, lakin baza nümunəsi yüzlüyə 4,6 saniyəyə çatır və maksimal olaraq 250 km/saat sürət yığır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class, AMG, Vath 24.07.2014

Şərhlər


AD