Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ByDesign-dan Ferrari F12 Berlinetta N-Largo

Səudiyyə Ərəbistanından olan daha bir varlı şəxsin sifarişi ilə yerli tüninq atelye “ByDesign Motorsports” superkar “Ferrari F12 Berlinetta”-nı tamamlaıdı.

Avtomobilin sahibi tüninq üçün ən unikal proqramlardan biri – dünyada məşhur olan “Novitec Rosso” atelyesinin N-Largo paketini seçib. İtalyan kupesinin eksteryer və interyerini təzələdilər.

Bunun üçün yeni rəng sxemlərindən başqa dəbli aksesuarlar da istifadə olundu. Məhsuldarlıq artımından da istifadə olundu ki, bu da avtomobili bütün parametrlərlə zavod versiyalarından yaxşı edir. Sportkarın banının parlaq-qırmızı rəngini, onun enini 11 sm böyüdən karbon bodi-kit açır.

Genişləndirilmiş təkər yarımhalqalarından başqa asmaya karbon-keramika əyləc mexanizmlərinin ventilyasiyasını yaxşılaşdıran şəklidəyişmiş qabaq bamper, yan ətəklər, arxa bamperin diffuzoru və biri damın axırında, o birisi isə yük yerinin qapağının qırağında quraşdırılmış iki spoyler də daxildir.

“Ferrari F12” qara tutqun rəngli dəbli böyük ölçülü HRE Performance Wheels disklərində “gedir” və altında 6,2 litrlik V12 mühərrik gizlənmiş ventilyasiya olunmuş kapot “geyinib”.

Çip-tüninq və paslanmayan qazçıxma sayəsində mühərrikin faydalı iş əmsalı 781 a.g. və 722 Nm-dək artıb.

AUTO.AZ



Şərhlər


AD