Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TAG Motorsports BMW M4 Coupe-ni köklədi

Sportkar “BMW M4 Coupe” zavod variantında da dəyişilməsi üçün bəzi ştrixlərin kifayət edəcəyi parlaq və eksklüziv xarici görünüşə malikdir. Bu modelin köklənməsini hesabında bir neçə uğurlu “dördlük” olan Amerika tüninq-şirkəti “TAG Motorsports” yerinə yetirdi.

Bu məqalədə Kaliforniya ştatının tünerlərinin son layihələrindən biri - MORR Wheels qızılı disklərində qara kupe - ilə tanış olacağıq. Avtomobilə individuallıq vermək üçün tünerlər qabaq bamperin yan reflektorlarını, nə vaxtsa parıldayan qazçıxma sisteminin borularının uclarını və bütün xromlaşdırılmış dekorativ elementləri banın rənginə boyayıblar.

Damı karbona oxşar rəngə, əyləc supportlarını isə parlaq “Rosso Mars” rəngində boyayıblar. Öz təkərlərinin yerinə qanadlardakı dəlikləri 20 düymlük “Rose Gold” qızılı çalarlı MORR MS53 diskləri ilə doldurublar.

Klirensi azaltmağa tünerlərə standart amortizatorlarla yaxşı uyğunlaşan H&R Super Sport qısa yayları dəsti kömək etdi.

Sonda qabaq oturacaqlarının söykənəcəklərini qırmızı “Rosso Mars” rənginə boyadılar və sürət qutusunun dəstəsini sükan dairəsi ilə birgə fərdiləşdirilər.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4, TAG Motorsports 23.07.2014

Şərhlər


AD