Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai-dan dünyada ilk avtomatlaşdırılmış servis

Dünyanın avtomobil nəhənglərindən olan Hyundai daha çox müştəri məmnuniyyətinə nail olmaq üçün dünyanın ilk  'Avtomatlaşdırmış servis mərkəzi' xidmət sisteminin tətbiqinə başlayıb. Hyundai-ın yeni tətbiqi brendin imicinin daha da yüksəldilməsinə və müştəri məmnunluğuna hədəflənib.

“Avtomatlaşdırmış servis” vasitəsilə müştərilər avtomobillərinin təmir vəziyyəti barədə ətraflı məlumatı planşet və kompüterləri vasitəsilə ala biləcəklər. Onlar həmçinin müştəri salonlarında yerləşən avtomat köşklərdən mütəmadi olaraq, məlumat əldə edəcəklər. Əlavə olaraq, köşklərdən Hyundai Motor məhsulları, brend və və marketinq fəaliyyəti barədə də informasiya almaq mümkündür.

Ümumilikdə, bütün beynəlxalq avtomatlaşdırılmış servislər üçün 12 modul seçimi hazırlanır. Nömrə nişanının atomatik tanınmasından tutmuş, dövri yoxlamalar, xidmətə görə qiymətin hesablanması, ustaların qrafiki kimi məlumatlar Hyundai müştərilərinin əli altında olacaq.

Türkiyədə keçən ilin sonundan etibarən işlə salınmış “Avtomatlaşdırmış servis” layihəsi Hindistan, Rusiya, Avstraliya ve Meksika da daxil olmaqla dünyanın 17 ölkəsində reallaşacaq.

“New thinking, new possibilities” sloqanı ilə məşhur olan və həmişə innovativliyi ilə fərqlənən Hyundai bir sıra modellərinə tətbiq etdiyi texnologiyaları ilə də nəinki seqmentində, hətta özündən daha yüksək seqmentdə olan brendləri də üstələyib. Son ildə Hyundai dünyada ilk hidrogen mühərrikli avtomobil istehsal etmək, seqmentində ilk dəfə i40 modelinə avtomatlaşdırılmış parklaşdırma funksiyası qoşmaq və bir sıra yenilikləri ilə fərqlənib.

Hyundai Auto Azerbaijan



teqlər:
Hyundai 24.07.2014

Şərhlər


AD