Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni krossover hazırlayır

Yapon markasının model sırasında “Mercedes GLA” və “Audi Q3”-ün analoqu peyda ola bilər. RX modelindən bir pillə aşağıda dayanacaq kompakt “Lexus NX” satışa çıxmağa imkan tapmamış, yaponlar artıq bildiriblər ki, model sırasını daha kiçik “parketniklərlə” tamamlamaq barədə düşünürlər. Son zamanlar belə modellər bütün rəqiblərdə var və “Lexus”-un alıcılara öz alternativini təqdim etməkdən başqa çarəsi yoxdur.

“Lexus”-un Avropa bölməsi üzrə vitse-prezidenti Alen Uytenhofen bildirib ki, daha kompakt modelin yaranması ağıllı addımdır. Yapon markası amerikan bazarından asılılığını azaltmaq və Qərbdə uğur əldə etmək istəyir. Lakin hələlik heç bir model Avropa bazarlarında “almanlara” qarşı çıxa bilmir. Lakin məhz “parketniklər” sahəsində yaponlar digər ölkələrə nisbətən daha müvəffəqiyyətlidirlər.

Bəs nəyə görə yeni “Lexus NX” Qərb krossoverlərinə qarşı çıxa bilmir? Məsələ ondadır ki, bu model elə də kompakt deyil və çox güman ki, daha baha olacaq. Ölçülərinə görə o, haradasa “Range Rover Evoque” və “Lexus RX” arasındadır. Mühərriklər qammasında həm güclü benzin (238 a.g.), həm də hibrid (197 a.g.) güc qurğuları var.

AUTO.AZ



teqlər:
Lexus, Lexus NX 22.07.2014

Şərhlər


AD